Azərbaycanİran

Təhlükəsizlik İdarəsi (Ettelat) milli fəal Peyman İbrahimi Dinvəri harda saxladığı barədə məlumat vermir

Güney azərbaycanlı milli fəal Peyman İbrahimi Dinvər avqustun 26-da mülki geyimlilər tərəfindən saxlanılırb

İnsan haqlarına əsasən saxlanılanların hansı orqana aparıldığı barədə ailələrinə məlumat vermə hüququna malik olduqları bir halda, Dinvərin ailəsinə bu günə qədər bu barədə məlumat verilməyib.

Dinvərin ailəsi müvafiq orqana müraciət edib. Lakin bu günə kimi onun durumu barədə məlumat bildirilməyib.

Davamlı müraciətlərdən sonra ailəsinə Dinvərinin işinin Təbriz şəhəri 15-ci İstintaq Şöbəsinə ötürüldüyü bildirilib.

İş üzrə hakim onun barəsində 2 aya kimi heç bir qərar verilməyəcəyini, həmçinin əlaqə saxlama hüququnun ləğv olunduğunu və 1 ay sonra məhkəməsi keçiriləcəyini deyib. Habelə bundan sonra qərar çıxarılacağı bildirilib.

Dinvərin ailəsi onun heç olmasa səsini eşitməyə israr etdikdə hakim  israr etsələr onları da tutacaqları ilə hədələyib.

Qeyd edək ki, Dinvərin 4 yaşlı körpə qızı atasının evdə olmadığına görə stres keçirir.

Onu da bildirək ki, Dinvər Azərbaycan rəqsi müəllimidir. Atası tanınış güney azərbaycanlı aşıq Qafar İbrahimidir. Bacısı Həcər İbrahimi Güney Azərbaycan Tələbə Hərəkatının (Azərbaycan Öyrənci Hərəkatı- AZÖH) üzvüdür.

Related Articles

Bir cavab yazın

Back to top button