İran

İrandan kənarda yaşayan vətəndaşlar artıq “15 min avro” məbləğlə hərbi xidməti “ala” biləcəklər

İrandan kənarda yaşayan vətəndaşların hərbi xidməti ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

İrandan kənarda yaşayan vətəndaşların hərbi xidməti ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

“Aznews tv” xəbər verir ki, bu barədə İranın Büdcə Layihəsinin Uyğunlaşdırılması Komissiyasının üzvü Məhəmmədrza Mirtacəddini məlumat verib.

Onun sözlərinə görə, ölkə hüdudlarından kənarda yaşayan iranlılar sözügedən komissiyanın qəbul etdiyi yeni qanuna əsasən, 15 min avro ödəyərək hərbi xidmətdən azad ola bilərlər.

Mirtacəddini əlavə edib ki, bu imtiyazdan 1401-ci ildən etibarən (21 mart 2022-ci ildən sonra) hərbi xidmətə çağırılışlarından 5 il keçən xaricdə yaşayan vətəndaşlar yararlana biləcəklər.

O, bu qərarın xaricdə yaşayan iranlıların ölkəyə gələn zaman problemlərlə üzləşməmələri üçün qəbul edildiyini iddia edib.

Lakin bu qanun hələ ki, qüvvəyə minməyib. Bunun üçün onun İran parlamenti və Nəzarət Şurası tərəfindən də təsdiqlənməsi zəruridir.

Related Articles

Bir cavab yazın

Back to top button