İran

Qərb mətbuatı: “Putin Rəisini bulaq başına susuz aparıb susuz gətirdi”

İran hökuməti və tərəfdarları prezident İbrahim Rəisinin Rusiya səfəri ilə bağlı geniş propaqanda aparsalar da, müxtəlif ekspertlərin fikirləri bu barədə nikbin deyil.

İran hökuməti və tərəfdarları prezident İbrahim Rəisinin Rusiya səfəri ilə bağlı geniş propaqanda aparsalar da, müxtəlif ekspertlərin fikirləri bu barədə nikbin deyil.

“Aznews tv”  xəbər verir ki, öncə hazırda yaxın münasibətləri olan Rusiya və İran prezidentlərinin əyləşdiyi masada aralarındakı məsafənin uzunluğu həm mətbuatın, həm də mütəxəssislərin diqqətini çəkib.

Doğrudur, prezidentlərin kameralar qarşısında səmimi görüşü və Putinin İranın “ali rəhbəri” Əli Xameneiyə salam- duası bağlı qapılar arxasında aparılacaq görüşün də məhsuldar olacağı görüntüsünü yaradırdı. Lakin İran hökumətinin təbliğatının əksinə olaraq bu, baş tutmadı.

Belə ki, görüşün nəticələri barədə məxfi saxlanılan məlumatları nəzərə almasaq, Putin və Rəisinin imzalanması gözlənilən mühüm sənədlər barədə heç bir xəbər yayılmadı. Bunlardan ən vacibi olan Rusiyanın İrana silah satması və Rusiya tərəfindən yubadılan İranla Rusiya arasında əməkdaşlıq müqaviləsinin yenidən imzalanması kimi sənədləri göstərmək olar.

Nəinki bu sənədlərin imzalanmasına, heç müzakirələrdə şifahi olaraq bu məsələlərə toxunulmasına dair heç bir məlumat verilmədi. Bu barədə yalnız İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, iki ölkə prezidenti İranla Rusiya arasında 20 illik əməkdaşlıq müqaviləsi ilə bağlı yol xəritəsinin hazırlanmasına tapşırıq veriblər. Bu isə bürokratik və əhəmiyyətsiz addım sayılır, çünki belə bir göstərişin verilməsi üçün bir ölkənin prezidentinin digər ölkəyə rəsmi səfər etməsinə ehtiyac duyulmur.

İbrahim Rəisinin Rusiyaya səfərinin İranın dini rəhbərliyinin inqilabın ilk illərində ölkəni müstəqil saxlayacaqları və uzun illərdir müstəqil siyasət yürütdükləri iddialarını isbat etmək üçün səsləndirdikləri “nə şərqli, nə qərbli” doktrinasının süqutu kimi də nəzərə çarpır. Çinlə 25 illik əməkdaşlıq müqaviləsi, hazırda isə Rusiya ilə 20 illik müqavilənin yenilənməsi üçün səylər ölkənin Şərqin vassalına çevrildiyinin göstəricisi kimi qəbul edilə bilər.

İran, Rusiya ilə hələ Məhəmməd Xatəminin prezidentliyi dövründə, yəni 2001-ci ildə ilk dəfə olaraq 20 illik əməkdaşlıq müqaviləsi bağlamışdı. 2021-ci ildə bu müqavilə başa çatıb. İran o dövrlə indiki şəraitin başa çatdığını bildirərək yeni şərtlərlə əməkdaşlıq anlaşması hazırlayaraq Moskvaya təqdim edib. Lakin uzun müddət keçsə də, Rusiya tərəfi yeni təkliflərə və bu cür müqavilənin imzalanmasına heç bir cavab verməyib.

İbrahim Rəisinin səfərindən öncə İranın Rusiyadakı səfiri Kazım Cəlalinin prezidentlərin görüşünün sonunda heç bir sənəd və müqavilənin imzalanmasının gözlənmədiyini deməsi elə səfərin nə qədər uğursuz olacağının və Rusiyanın İrana baxışının carçısı idi.

Related Articles

Bir cavab yazın

Back to top button