az

İrandan Putinə dəstək: Ukraynaya hərbi hücum qaçılmaz idi

İranın dövlət mediası Putinin müharibə əmrini müdafiə edərək, Rusiyanın Ukraynaya sülh və təhlükəsizlik üçün hücum etdiyini iddia edib.

İranın dövlət mediası Putinin müharibə əmrini müdafiə edərək, Rusiyanın Ukraynaya sülh və təhlükəsizlik üçün hücum etdiyini iddia edib.

“Aznews tv”xəbər verir ki, bu barədə “gooyanews” xəbər ajansı məlumat yayıb.

Rusiyanın Ukrayna torpaqlarına genişmiqyaslı hücumları ilə eyni vaxtda İranın xarici işlər naziri Əmir Abdullahian böhranın kökündə NATO-nun təxribat xarakterlı hərəkətlərinin olduğunu deyib.

Abdullahian İslam Cümhuriyyətinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə reaksiya verən ilk rəsmisidir.

Bununla belə, İranın rəsmi mediası qeyri-obyektiv xəbərlər dərc edərək Rusiyanın bu addımını açıq şəkildə dəstəkləyib və iddia edib ki, guya Vladimir Putin iki separatçı bölgənin tələbinə cavab olaraq Ukraynanın şərqində özəl hərbi əməliyyat əmri verib.

İranın Dövlət Radioteleviziyası isə Rusiya ordusunun Ukraynaya hücumunu “Ukraynanın şərqində xüsusi hərbi əməliyyat” adlandırıb və Rusiyanı müdafiə edərək, Putinin bu əməliyyata Ukrayna ordusunun hücumunu dəf etmək məqsədi ilə başladığını iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button