Bölgəİran

İrandİrandan Zəngəzura yük aparan maşın dərəyə aşdı, sürücü öldüan Zəngəzura yük aparan maşın dərəyə aşdı, sürücü öldü

İrandan Zəngəzura yük aparan maşın dərəyə aşıb və maşının sürücüsü həyatını itirib.

İrandan Zəngəzura yük aparan maşın dərəyə aşıb və maşının sürücüsü həyatını itirib. Yük maşınının Zəngəzurun Mehri şəhəri yaxınlığındakı Liçk kəndində dərəyə yuvarlandığı bildirilir. Hadisə dünən günorta saatlarında, Meğri-İrəvan yolunun 25-ci kilometrində baş verib. Hadisə yerinə imdad və yardım qüvvələri yollanıb. Bəlli olub ki, İrandan Ermənistan toprağına keçən qoşqulu yük maşını yolun hərəkət qismətindən çıxaraq təxminən 500 metr hündürlükdən dərəyə düşüb. İran vətəndaşı olan sürücü hadisə yerində ölüb. Bildirək ki, üzdə Azərbaycanla dost, qardaş olduğunu iddia edən, ancaq birinci və ikinci Qarabağ savaşı dövründə işğalçı Ermənistana hərtərəfli siyasi, iqtisadi və nizami yardımlar göstərən İran hökuməti Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra da bu əməlindən əl çəkmir. Belə ki, Azərbaycanın dəfələrlə etirazlarına baxmayaraq, Tehran Ermənistandan keçməklə Lazın koridoru üzərindən Qarabağa içərisində bilinməyən yüklər dolu TIR-lar göndərməyə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button