Dünya

Robert Mali: “Amerika sonsuza qədər İranın Vyana danışıqlarına qayıtmasını gözləyə bilməz”

Amerikanın İran üzrə xüsusi təmsilçisi Robert Mali atom razılaşmasının canlandırılması üçün dünya güclərinin İranla Vyanada apardığı atom müzakirələrin yenidən başlamasının zəruriliyindən danışıb.

Amerikanın İran üzrə xüsusi təmsilçisi Robert Mali atom razılaşmasının canlandırılması üçün dünya güclərinin İranla Vyanada apardığı atom müzakirələrin yenidən başlamasının zəruriliyindən danışıb. Ötən gün “Bloomberg” televizyonuna müsahibəsində Robert Mali deyib ki, Amerika dövləti İranın yeni prezidenti İbrahim Rəisi dövlətinin atom danışıqlarının 7-ci mərhələsinə qatılmağa hazır olması barədə hər hansı bir əlamətə rast gəlməyib. “Amerika dövləti sonsuza qədər İranın Vyana danışıqlarına qayıtmasını gözləyə bilməz. Daha doğrusu, İran atom fəaliyyətlərini davam və gəlişdirdiyi bir vaxtda, biz sonsuza qədər oturub onun Vyana danışıqlarına qayıtmasını gözləyə bilmərik. Çünki İranın apardığı atom fəaliyyəti gəlişmə baxımından az sonra elə bir mərhələyə çatacaq ki, Amerikanın Vyana müzakirələrinə qayıdışı artıq öz əhəmiyyətini itirəcək. Hesab edirəm ki, bu məsələnin uzadılmasına icazə verilməməlidir. Çünki bəlli bir mərhələdən sonra biz fərqli bir nəticəyə gəlib çatmalı olacağıq”, -deyə Robert Mali bildirib. Xatırladaq ki, İngiltərə, Fransa, Alman, Çin və Rusiyanın Vyanada İranla apardığı atom danışıqlarının 6-cı mərhələsi iyunun 20-də başa çatıb və müzakirələrə qatılan həmin ölkələrin nümayəndə heyətləri öz dövlətləri ilə məsləhətləşmək üçün öz paytaxtlarına qayıdıblar. Amerika isə bu danışıqlara birbaşa yox, dolayısı ilə qatılır. Ancaq danışıqların davamının gecikdirilməsi və artıq çətin qərarlar vermək məcburiyyətində qalan İranın müzakirələrin 7-ci mərhələsini ləngitməsi, tərəflər arasında aparılmış danışıqların uğursuz alınması ilə bağlı bilgilərin yayılmasına gətirib çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button