İran

İranı həmişəlik tərk edən vətəndaşların sayı kəskin artıb

Ötən iki il ərzində İrandan başqa ölkələrə mühacirətlə bağlı müraciətlərdə əhəmiyyətli artım müşahidə edili

Ötən iki il ərzində İrandan başqa ölkələrə mühacirətlə bağlı müraciətlərdə əhəmiyyətli artım müşahidə edilib.

“Aznews tv”xəbər verir ki, bununla bağlı sənədlərin tərcüməsi üçün ölkədəki tərcümə mərkəzlərinə müraciətlərin kəskin artdığı bildirilir.

İranda artıq insanlar arasında ölkəni birdəfəlik tərk etmək adi hala çevrilib və bu proses artıq illərdir ki, davam edir. Hazırda isə ölkəni tərk edərək digər dövlətlərə sığınmaq halları öncəki illərlə müqayisədə kəskin çoxalıb.

“KhabarOnline” saytı məsələ ilə bağlı araşdırma apararaq qeyd edib ki, insanların ölkəni tərk etməsinin əsas səbəbləri arasında İranda mövcud ictimai və iqtisadi problemlər və digər ölkələrdə həyat şəraitinin daha rahat olması kimi məsələlər yer alır.

Ölkəni tərk emək istəyində olanların digər bir qismi isə başqa dövlətlərə təhsil məqsədi ilə gedib, daha sonra İrana geri qayıtmamağı düşünən vətəndaşlardır.

Related Articles

Bir cavab yazın

Back to top button