Azərbaycan

Təbriz metrosu üçün nəzərdə tutulan vaqonlar Şiraza verildi

Təbrizin nəqliyyat payından180 milyard tümən Şiraz şəhərinə verilib.

Cari günəş ilində Təbriz metrosunun təkmilləşdirilməsi üçün xətlərə əlavə olunması nəzərdə tutulan 180 milyard tümən dəyərində vaqonlar Şiraz şəhərinin metosuna göndərilib.

Şiraz şəhərinin bələdiyyə başçısı Ehsan Əsnafi mediaya verdiyi açıqlamada deyib ki, qarşıdakı günəş ili üçün Şirazın nəqliyyat parkına nəzərdə tutulan 450 milyard tümən büdcə artırılaraq 850 milyard tümənə qaldırılıb.

O, bunun 250 milyard tüməninin avtobus parkının yenilənməsinə, 600 milyard tüməninin isə metro vaqonlarının yenilənməsi və gəlişdirilməsinə xərclənəcəyini deyib.

Şitaz nəqliyyatı üçün nəzərdə tutulan vəsaitin Təbriz üçün nəzərdə tutulandan dəfələrlə çox olmasına baxmayaraq, Təbrizə metrosu üçün ödənilməsi nəzərdə tutulan 180 milyard tümənində Şiraz şəhərinə verilməsi azərbaycanlı sosial media fəallarının etirazları ilə qarşılanıb.

Qeyd edək ki, Təbriz metrosunun tikintisinə 20 il bundan öncə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrosundan daha tez başlanılıb.

Ancaq, adı çəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz mütrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilməsi Təbriz əhalisinin narazılığına səbəb olub.

Bir neçə həftə bundan öncə Təbrizin Şəhər Şurasının üzvü Ruhullah Dehqannejad 20 il müddətində Təbriz metrosunun cüzi bir hissəsinin istifadəyə verildiyini bildirib və bunun qəbuledilməz olduğunu deyib.

Təbriz metrosunun inşası ilə bağlı məsələlərə aydınlıq gətirilmədiyinə diqqət çəkən R.Dehqannejad 20 il ərzində metro tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamların olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button