İran

Xamenei İsrail küçələrində vətəndaşların öldürülməsini dəstəkləyib

İranın ali lideri Əli Xamenei İsrailə qarşı son mövqeyində fələstinlilərin İsrail vətəndaşlarına qarşı zorakılıqlarına fələstinli gənclərin "oyanışı" olaraq dəstək verib.

İran hökumətinə yaxın media qurumlarının məlumatına əsasən, Xamenei dünənki çıxışında fələstinli gənclərin davamlı olaraq İsrail vətəndaşlarına qarşı soyuq və odlu silahlardan istifadə edərək onları öldürməsini və yaralanmasını yüksək qiymətləndirib.

Fələstinliləri daha çox zorakılığa sövq edən Əli Xamenei hazırkı hərəkatların davam edəcəyi halda son qələbənin Fələstin xalqının olacağını deyib.

Xatırladaq ki, son günlərdə fələstinli gənclər İsrail küçələrində soyuq və odlu silahlardan istifadə edərək İsrail vətəndaşlarına qarşı dəfələrlə terror aktı törədiblər. İndiyə kimi bu hücumlar nəticəsində 15 İsrail vətəndaşı ölüb, bir neçəsi isə yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button