İran

İranın baş nüvə müzakirəçisi Moskvaya səfər edib

Bu öncədən elan olunmamış səfərdir.

İranın baş nüvə müzakirəçisi Əli Baqeri Kəni iyulun 1-də elan olunmamış səfərlə Moskvaya gedib və Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb.

Rusiyanın Vyana səfirliyinin rəsmi tvitter hesabında deyilir ki, Əli Baqeri Kəni iyulun 1-də Moskvada Rusiya xarici işlər nazirinin müavini Sergey Riabkov və Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov ilə görüşüb.

Bununla bağlı Mixail Ulyanov özünün tvitter hesabında görüş zamanı Rusiya rəsmilərinin Əli Baqeri Kəni və İran nümayəndə heyəti ilə Vyanada nüvə sazişinin hazırkı vəziyyəti və danışıqlar perspektivi ilə bağlı çox peşəkar fikir mübadiləsi apardıqlarını yazıb.

O. bütün çətinliklərə baxmayaraq nüvə danışıqlarının bərpasının mümkünlüyünü və bunun baş tutması üçün Amerikanın yumuşaq mövqe göstərməli olduğunu qeyd edib.

Baqeri Kəninin Rusiyaya səfəri Qətərin paytaxtı Dohada İran-Amerika dolayı danışıqlardan iki gün sonra baş tutub.

Dohada danışıqların bu raundunun uğursuzluğundan sonra qərb diplomatları iyulun 1-də bildiriblər ki, nüvə danışıqlarını canlandırmaq səyləri, çox güman ki, Co Baydenin iyulun ortalarında Yaxın Şərqə səfərindən sonra bərpa olunacaq.

Yüksək rütbəli Amerika rəsmisi daha əvvəl “Reuters” agentliyinə Dohada İran və Amerika arasında dolayısı danışıqların nəticəsiz başa çatmasından sonra nüvə sazişinin bərpası şanslarının  azaldığını deyib.

Adının çəkilməsini istəməyən məmur, Dohadan sonra sazişin  bərpası perspektivinin əvvəlkindən daha pis olduğunu və gündən-günə daha da pisləşəcəyini bildirib.

Bu danışıqlardan əvvəl Avropa Birliyinin xarici siyasət rəsmisi Josep Borrell Rusiyanın nüvə razılaşmasının canlandırılmasına qarşı müxalif mövqeinə son verdiyini elan etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button