İran

İranın İsrailin təhdidedici fəaliyyətləri qarşısında uğursuzluğu

İran rejimi yüksək səviyyəli alimlərinə, strateji obyektlərinə və mühüm infrastrukturuna qarşı sui-qəsd dalğası, o cümlədən təxribatçı və şokedici hücumlarla üz-üzə qalıb. Gözlənildiyi kimi, İran hökuməti bu hücumlara görə İsraili günahkar bilir və İsrail də onların bəzilərinin məsuliyyətini açıq şəkildə öz üzərinə götürüb.

Daha çox hücumların qarşısını almaq və tarazlıq yaratmaq üçün İran rejimi dəstəklədiyi proksi qruplaşmaları və ya kəşfiyyat agentləri vasitəsilə dolayı əks-hücumlarını artırıb. Bununla yanaşı, İranın kəşfiyyat qurumları da mümkün sui-qəsdlərin qarşısını almaq üçün geniş tədqiqatlara başlayıblar. Hərçənd ki, bu araşdırmaların indiyə qədər heç bir nəticəsi olmayıb.

Bu peşəkar və yüksək səviyyədə təşkil olunmuş sui-qəsdlərin sayının artması hədəfləri artıq nüvə obyektləri və elm adamları ilə məhdudlaşmayan, eyni zamanda SEPAH komandanlarının da yer aldığı İsrailin strategiyasında köklü dəyişiklikdən xəbər verir.

Üstəlik, onlar məqsədi təkcə İranın nüvə ambisiyalarını, müdafiə gücünü yaxud bölgədəki düşmənçilik siyasətini məhdudlaşdırmaq deyil, İran rejiminin acizliyini və bacarıqsızlığını göstərmək, rejimin daxildə etibarlılığına və legitimliyinə mümkün qədər böyük ziyan vurmaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button