İran

İranın Çinə ixracatı azalıb

Çinin keçən il İrandan varidatı 2019-cu illə müqayisədə yüzdə 52 azalaraq təxminən 6,4 milyard dolara çatıb. Bu barədə Çinin Gömrük İdarəsinin saytında yayımlanan amarda qeyd olunub. Bilgilərə görə, Çinin 2020-ci ildə İrana sadiratı yüzdə 11 azalaraq 8,5 milyard dolar olub. Beləliklə, Çinin İrana illik sadiratı ilk dəfə varidatı üstələyib.
Gömrük aamarının ayrıntıları göstərir ki, Çinin İrandan neft varidatı keçən il 1,3 milyard dolara çatıb. Halbuki, bu rəqəm 2019-cu ildə 7 milyard dolardan çox olub. Keçən il İran Çinə gündəllik 80 min boşqaya yaxın neft sadir edib. 2019-cu ildə bu rəqəm 300 min, 2018-ci ildə isə 700 min boşqa olub.
Bildirək ki, İrandan açıq şəkildə neft almağa davam edən tək ölkə Çindir. Amerika təhrimləri ilə üzləşən Suriya və Venezuela da İrandan neft məhsulları alır.

Related Articles

Bir cavab yazın

Back to top button