Dünyaİqtisadiyyatİran

İranın Çinlə ticarət dövriyyəsi kəskin azalıb

İranın Çinlə ticarəti son 16 ildə ən aşağı həddə çatıb. Bu barədə marsın 26-da İran-Çin Birgə Ticarət Otağının rəisi bilgi verib. “Keçən il xarici ticarətimizdəki azalma son 10 və ya 12 ildə görünməmiş həddə olub. Yəni xarici ticarətimizin həcmi 1380-ci illərin ortalarındakı durumuna qayıdıb. Bunun da önəmli qismi 1399-cu ildəki ağır təhrimlər və neft satışlarının azalması ilə bağlıdır”,-deyə Məcidriza Həriri qeyd edib.
Onun sözlərinə görə, neft sadiratının dəqiq həcmi gizli saxlanıldığı üçün bəlli deyil. Amma neft sadiratında da azalma var. İran-Çin Birgə Ticarət Otağının başçısı sadiratın gizli tutulmasına səbəb kimi neft satışının qeyri-rəsmi olmasını bildirib. Açıqlamaya görə, 2020-ci ilin sonuna qədər İran və Çin arasında ticarət həcmi 16 milyard dollara yaxın olub. “Qeyri-rəsmi neft satışlarını nəzərə alsaq da, yenə də 20 milyard dollara çatmır. Daxili və xarici siyasətin İran iqtisadiyyatı üzərində təsirləri böyükdür. Amerika ilə problemin həlli bu durumdan çıxmağa yardım edəcək”,-deyə Həriri diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button