Azərbaycanİran

Urmu gölünün sahəsi̇ azalıb

Urmu gölünün sahəsi 100 mürəbbə-kilometr azalıb. Məsələ ilə bağlı Urmu Gölünü Ehya Sitadının müdiri məlumat verib. Fərhad Sərxoşun sözlərinə görə, hazırda gölün sahəsi 2 min 910 mürəbbə-kilometrdir. Ötən il isə bu rəqəm 3 min 10 mürəbbə-kilometrə bərabər olub. Gölün səviyyəsi 1271.42-dir. Ötən il isə 1271.57 olub. Qurum rəsmisi gölün su həcminin 44 milyon mükəəb-metr azaldığını bildirib. 1400-cü ilin 6-cı günündə Urmu gölündə suyun həcmi 3 milyard 78 milyon mükəəb-metr olub. Əvvəllər isə səviyyəsi 1274.56, sahəsi 4 min 494 mürəbbə-kilometr, həcmi isə 15 milyard 77 milyon mükəəb-metr olub.

Related Articles

Bir cavab yazın

Back to top button