Azərbaycan

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

Onlardan sentyabrın 20-də İnqilab Məhkəməsində olmaları istənilib.

44 günlük ikinci Qarabağ savaşı zamanı Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyalarında saxlanılan 12 Güney azərbaycanlı fəal İnqilab Məhkəməsinə çağrılıb.

Milli-mədəni fəallar Pərviz Siyabi Gürcüan, Hüseyn Balaxani İsalu, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin Cuda, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colani Ocaqa məhkəmənin elektron sistemi vasitəsilə çağırışlar göndərilib.

Çağırışlarda milli-mədəni fəallardan sentyabrın 20-i, həftənin birinci günü yerli vaxtla saat 09:30, Bakı vaxtilə saat 10:00-da Ərdəbil şəhərinin İnqilab Məhkəməsində olmaqları istənilib.

Maraqlıdır ki, ötən il adı çəkilən fəallara qarşı irəli sürülən ittihamlarda dəyişiklik edilib. Yeni çağırışda onların ittihamı “İran rəhbərini təhqir etmək” kimi göstərilib.

Qeyd etmək lazımdır ki, yuxarıda adı sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. “Amnesty İnternational” yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button