Araşdırma & Təhlilİran

İranın Güney Azərbaycan kabusu yenə gündəmdədir

Dünyada İran deyincə həqiqətdən çox uzaq bəlli bir “kilişə”lərin təkrarlandığı bir məsələ ilə qarşılaşırıq. Belə ki İranla bağlı ən sadə məsələlər belə dünyada hətta qonşular tərəfindən bilinmir. Özəlliklə İranda on milyonlarla Türkün varlığını bir çox Türk dövlətləri bilinmirlər. Bu məsələnin səbəbini keçdiyimiz yüz ildə axtarmalıyıq. Fars Milliyətçiliyi modern tariximizdə İrandan xəyali bir tanım verməyə əlindən gələni etdi. Bu məsələ İslam Cumhuriyyətindən sonra da dəvam etdi. Özəlliklə İranın həqiqətlərini gizlətmək təkcə hakimiyyət yox, bəlkə sözdə müxalif olan Fars Milliyyətçiləri tərəfindən də oldu. Akademik alanda İrandan həqiqətdən uzaq bir mənzərə rəsm etdilər. 21-ci yüz ildə və teknoloji çağında İranda milyonlarla insanın varlığından xəbərsiz olanlar var. Ancaq son illərdə Fars olmayan millətlərin dünyaca çalışmaları sayəsində Fars olmayanların varlığı müzakirəyə səbəb oldu. Ancaq bu sahədədə Türklər başqa millətlərdən çox geriyə qaldılar. Azərbaycan Milli Hərəkətinin xətaları, təcrübəsizliyi və üstündə olan basqı bu məsələyə səbəb oldu. Ancaq İkinci Qarabağ savaşından sonra bir çox şey dəyişdi.

İran içində Fars Milliyyətçiliyi və faşizm artdıqca Azərbaycan milləti daha çox ayıldı. Yəni hökümətin ağılsızlığı bir başa Azərbaycan fəallarının işinə yaradı. Elə buna görə də bu gün ilə on il bundan öncə müqayisə olunduğu zaman Azərbaycançılıq düşüncəsinin qat-qat daha güclü və bir ümumi istək halına gəldiyi görünür. Ancaq bənzər məsələ İrandan xaricdə də oldu.

İkinci Qarabağ savaşı sırasında İranın stratejik xətası və Ermənistanı dəstəkləməsi, İran Türklərinin qısa zaman içində dünyaca məşhur olmalarına səbəb oldu. İranın Ermənistana olan dəstəyini ortaya çıxdıqdan sonra, Türklər əslində Güney Azərbaycanın önəmini dünyaya xatırlatdılar. O hadisələrdən sonra Fars Milliyətçiləri yenə istəmədən Azərbaycanlıların yardımına gəldilər. Radikal İranşəhri düşüncəsinin təsiriylə İran, Azərbaycan və Türkiyə düşmənliyinə açıq bir şəkildə dəvam etdi və bu dövlətlər də cəvab verdilər. Misal üçün keçən il Türkiyə prezidenti Ərdoğanın Araz şeirindən sonra İranda günlərlə Türkiyəyə qarşı propaqanda hücumu oldu. Bu məsələ Güney Azərbaycan məsələsi və önəminin özəlliklə Türkiyədə tanınmasına çox yardımcı oldu. İndiysə İranın günlərcə Azərbaycan və Türkiyəyə qarşı aqressiv hərəkət edib, bu düşmənlik Güney Azərbaycanın xeyrinə qurtardı. Möhtəşəm bir oyanışdan sonra İran Türklərinin önəmi bir daha bölgəyə xatırlanmış oldu.

İndiysə yenə bənzər bir olay baş verib. Türkiyə prezidenti Ərdoğan dünən İranın Azərbaycanla bağlı etdikləriylə bağlı danışıb. Ərdoğan İranın bu yanlışa dəvam etməyəcəyini düşündüyünü deyib. Habelə Tehran hakimiyyətinin milyonlarla Güney Azərbaycanlının varlığı üçün belə bir iş görənmədiyini söyləyib.

Bu sözlər birincisi Güney Azərbaycan məsələsinin bölgədə diqqətə alındığını göstərir. Ancaq başqa bir baxımdan da bir daha Güney Azərbaycanın gəlişməsi üçün yeni bir fürsət yaranıb. Çünki ilk dəqiqədən etibarən yenə Fars Milliyətçiləri Türkiyəyə qarşı saldırmağa başladılar. Sayıları çox olmasa da səsləri gur çıxan Fars Milliyətçiləri Türk düşmənliyi üçün bu fürsəti əldən verməməyə çalışırlar. Əlbəttə önəmlisi budur ki, bir daha Azərbaycan Milli Fəallarının haqlılığı ortaya çıxdı və bu məsələ millət içində ciddi bir oyanışa səbəb oldu.

ikinci Qarabağdan sonra Tehran hakimiyyəti hər cəbhədə durmadan uduzmaya dəvam edir. Güney Azərbaycan da həm İran içində həm də bütün bölgədə gəlişməyə, güclənməyə dəvam edir.

Related Articles

Bir cavab yazın

Back to top button