İdman

İranın idman naziri “istiqlal”ı təbrik edib

İranın İdman vəziri Məsud Sultanifər İran camını qazanan “Traktor” futbol timini deyil, rəqibini təbrik edib. Belə ki, o, yarışda məğlub olmuş Tehranın “İstiqlal” timinə təbriklərini ünvanlayıb. Məsələ haqda açıqlama verən “Traxtur”un sahibi Məhəmməd Rza Zunuzi ayrı-seçkiliyə yol verildiyini bildirib.
Xatırladaq ki, septambrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traktor” Məşhəd şəhərində keçirilən yarışmada Tehranın “İstiqlal” timini 3:2 hesabı ilə məğlub edib. Belə ki, timi İran camının sahibi olub.
“Traktor”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinclə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan “Traktor” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi səsləri altında bu mühüm qələbəni bayram ediblər.
“Traktor”un qəhrəmanlığından sonra Türkiyənin bir çox tanınmış siyasi və ictimai xadimi, o cümlədən Ankara bələdiyyə başçısı Mansur Yavaş, “İYİ” Partiyasının rəhbəri Meral Akşener, İstanbul millət vəkili Ümit Özdağ və Milliyyətçi Hərəkat Partiyasının üzvü və İstanbul millət vəkili Lütfü Türkkan bu qələbəni təbrik edərək güney azərbaycanlılara dəstək veriblər.
Eləcə də Türkiyədə #TebriklerTraktör həştəqi Twitterdə əsas paylaşım olub.

Related Articles

Bir cavab yazın

Back to top button