İran

İranda Ramazan ayında ictimai yerdə yemək yeyənlər bir qutu duz yeməli, ölü yumalı və qəbir qazmalıdır

Ramazan ayının başlanması ilə İran mediası ölkənin baş prokurorunun Baş Polis İdarəsinə ictimai yerlərdə yemək yeyib, su içənlərlə mübarizə ilə bağlı xüsusi tapşırıq verməsi ilə bağlı xəbər yayıb.

“Aznews tv” xəbər verir ki, sözügedən göstərişin verilməsindən sonra İranın müxtəlif şəhərlərində polis və Ticarət Məkanları İdarəsi elan ediblər ki, ya onların özləri ya da İş Adamları Palatası gizli patrul-nəzarətçiləri vasitəsilə Ramazan ayının qaydalarını pozanlara qarşı qanuni tədbirlər görəcəklər.

Rəsmi məlumatlara əsasən, Ramazan ayının başlanmasından bəri keçən cəmi 5 gündə azı iki vilayətdə – Lorestan və Qərbi Azərbaycan əyalətlərində 14 mağaza bağlanıb və üç vətəndaş həbs edilib.

Bir çox vətəndaşlar sosial şəbəkələrdə Ramazan ayında hökümətə bağlı “Bəsic” qüvvələri tərəfindən həbs edilmələri, nağd pul və şallaq cəzası almaları və işgəncələrə məruz qalmaları ilə bağlı öz təcrübələrini paylaşıblar.

İranın baş prokuroru Məhəmmədcəfər Müntəzəri Baş Polis İdarəsinə bildirdiyi göstərişdə qeyd edib ki, hətta şəxsi avtomobilində belə yemək yeyib su içmək qadağandır və həmin şəxslərə qarşı qanuni tədbirlər görüləcək.

Qeyd edək ki, İranda Ramazan ayı boyunca ictimai yerlərdə yemək yeyib su içmək İslam rejiminin qaydalarına görə qadağandır. Bu qaydanı pozanlar bir qutu duz yemək, ölü yumaq, qəbir qazmaq, nağd pul və şallaq cəzası almaq kimi sərt tədbirlərlə cəzalandırılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button