İran

SEPAH “sürətli katerlər” hazırlamaqla məşğuldur

Peyk görüntüləri İran İslam Cümhuriyyətinin raket daşıya bilən və radardan yayınan hərbi qayıqlar hazırladığını göstərir.

Məlumata görə, sözügedən qayıqlar “Madkandaloo Qeşm” Gəmiqayırma Şirkətinin fabrikində hazırlanır və ona “Google Earth”də açıq şəkildə paylaşılan “Airbus”un kommersiya peyk görüntülərində baxmaq olar.

Hazırlanan bu yeni hərbi katerin SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Suleymaninin adını daşıyan başqa bir yeni raket gəmisinin yanında görmək olar.

Radardan yayınma qabiliyyətinə malik olan bu yeni qayıq modern görüntüyə sahibdir. Yeni versiya əvvəlki modellərdən xeyli kiçikdir və onun uzunluğu 150, eni isə 14 metrdir.

Related Articles

Bir cavab yazın

Back to top button