İran

İranın kəşfiyyat idarəsi casusluq məqsədilə qadınlardan istifadə edib

İranın İttilaat orqanları casusluq və terror fəaliyyətlərində qadınlardan istifadə ediblər. Bu durum bir neçə siyasi fəalın qaçırılmasından sonra terror və casusluqla mübarizə aparan qurumların diqqətini cəlb edib. Qeyd edək ki, 2013-cü ildə Türkiyə polisi casusluqla mübarizə çərçivəsində əməliyyat keçirib. Bu zaman bir neçə iranlı qadının gizli bilgi və sənədləri əldə etmək üçün Türkiyəyə gətirildiyi bəlli olub. Təqribən 9 ay öncə isə Türkiyənin İğdır Polis İdarəsinə gələn bilgi əsasında 10-u qadın olmaqla 24 nəfər tutuqlanıb. Təhqiqat sənədlərində yer alan məlumatlara görə, həmin qadınlar Sipah tərəfindən tutuqlanıblar. Daha sonra casusluq etmələri qarşılığında azad ediliblər.
Onlar İran pasportu ilə ticarət və turizm adı altında Türkiyəyə daxil olublar. Qadınların dövlətlə bağlı gizli bilgiləri Sipaha ötürdükləri bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button