İran

İranın korrupsioner rəsmisinin həyat yolu

İranın hərbi komandanı və siyasətçi Əli Şamxani hazırda Ali Milli Təhlükəsizlik Şurasının katibi və Əli Xameneinin bu şuradakı nümayəndəsi olaraq fəaliyyət göstərir.

O, kənd təsərrüfatı mühəndisliyi üzrə bakalavr, Cendişapur Universitetində idarəetmə üzrə magistr və Ali Milli Müdafiə Universitetində hərbi strategiya üzrə doktorluq dərəcələrinə yiyələnib.

1970-ci illərin əvvəllərindən etibarən siyasi həyata Pəhləvi hakimiyyətinə qarşı başlayan Şamxani SAVAK tərəfindən həbs edilib. O, Mohsen Rzayi və Qulaməli Rəşidlə tanışlıqdan sonra Pəhləvilərə qarşı fəaliyyət göstərən “Mənsurun” qrupuna qoşulub.

Şamxani, habelə İran-İraq müharibəsinin əvvəllərində SEPAH-ın yüksək vəzifəli komandanlarından biri olub. Sonrakı illərdə o, SEPAH-ın baş komandanının müavini, SEPAH-ın Quru Qoşunlarının komandanı, Ali Baş Komandanlığın İnformasiya və Əməliyyatlar üzrə müavini vəzifələrində çalışıb.

Qısaca desək, o, İran Silahlı Qüvvələrində general-mayor rütbəsi alan 12 yüksək rütbəli hərbçidən biridir.

Amerikanın Maliyyə Nazirliyi 2020-ci il dekabrın 10-da onu və İranın yeddi yüksək vəzifəli rəsmisini sanksiyalar siyahısına daxil edib

Related Articles

Bir cavab yazın

Back to top button