İran

Körfəz Əməkdaşlıq Şurası İranla bağlı bəyanat yaydı

Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirləri İranla bağlı bəyanat yayaraq, Qərb ölkələrinin İranla apardığı nüvə danışıqlarında iştirak etmək niyyətində olduqlarını bildiriblər.

“Şuraya üzv dövlətlər İranın nüvə problemi ilə bağlı danışıqlarda və bu məsələ ilə bağlı bütün regional və beynəlxalq toplantılarda iştirak etməlidirlər”-deyə, bəyanatda vurğulanır.

Şuranın aparıcı üzvlərindən olan Səudiyyə Ərəbistan İranla nüvə müzakirələrinin aparılmasını dəstəklədiyini, ancaq bunun uzunmüddətli və İranın bölgədə törətdiyi təxribatlara mane olacaq əməli addımla nəticələnməli olduğunu bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button