İran

İran körfəzində 17 meyvə konteyneri ilə yüklənmiş İran gəmisi batıb

İran Milli Kənd Təsərrüfatı Məhsulları Birliyinin sədri açıqlama verib: “Self Do” adlı gəmi dünən səhər saat 5-də Hormozqan əyalətinin Lənge limanından BƏƏ-nin Şərcə limanına doğru hərəkət edib, saat 19:00-da gəminin gövdəsində yaranan dəlik səbəbindən Şərcə limanı yaxınlığında batıb. Xoşbəxtlikdən yaxınlıqdakı Merkuri gəmisi köməyə gəlib və bütün ekipaj xilas edilib. Gəminin ümumi dəyəri 65 milyard tümən, 17 konteynerin dəyəri isə təxminən 35 milyard tüməndir”.

Related Articles

Bir cavab yazın

Back to top button