İqtisadiyyat

İranın qeyri-neft sektoru üzrə ixraxcatı azalıb

“1399-cu ilin 9 ayında İranın qeyri-nəft bölümü üzrə sadiratı 25.1 milyard dolar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 20 azalma olduğunu göstərir. Varidat isə yüzdə 17 azalma ilə 26.8 milyard dolar olub”. Bu barədə dey ayının 3-də İranın Gömrük İdarəsinin baş rəisi Mehdi Mir Əşrəfi açıqlama verib. Onun sözlərinə görə, qeyri-neft bölümü üzrə saditarın yüzdə 76-sı Çin, İraq, İmarat, Türkiyə və Əfqanıstanın payına düşür. İmarat, Hindistan, Türkiyə və Almandan yüzdə 72 varidat edilib.
Bildirək ki, İran gömrüyü son iki ildə aylıq amar məlumatların ayrıntılarını yayımlamağı dayandırıb. Nəticədə İranın gömrük işçiləri ilə ölkənin tərəfdaşlarının amarları arasında fərqlər görünüb. Belə ki, İran gömrüyü Çinə qeyri-nəft sadiratının bu ilin 9 ayında təxminən 6.4, varidatın isə 7 milyard dolar olduğunu açıqlayıb. Ancaq Çin gömrüyünün dey ayının 3-dəki raporunda İranın qeyri-neft sadiratının varidatın yarısına bərabər olduğu qeyd olunub. 2020-ci ilin 11 ayı ərzində Çinin İrandan nəft və qeyri-nəft bölümü üzrə varidatı yüzdə 55 azalıb. Beləliklə, 7.8 milyard dolar təşkil edib. Bu məbləğin 1.1 milyard doları xam nəftin varidatına aiddir. Çinin İrana sadiratında isə yüzdə 10 azalma olub və 13.5 milyard dolar təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button