İranMəqalələr

İran adlanan coğrafiyanın rəsmiləri, Türk və Ərəb xalqı üçün həyəcan təbili çaldı ✍️ Həbib Sasanian (Yakamoz)

Bu günlərdə Venesuelaya səfəri zamanı Cəmilə Ələm-əlhuda (İran prezidentinin xanımı) bu ölkənin televiziya kanalına müsahibəsində venesuelalı jurnalistə deyib ki, “İranın tarixi düşmənləri ərəblər, türklər və monqollardır”! Ən azından öz inqilabi şüarlarına əsaslanaraq Amerika və İsraili bu titulla şərəfləndirəcəkləri gözlənilən idi. Rza Pəhləvi də İslam Respublikası panirançı fahişəsindən  əvvəl bu cümlələri eynilə gəvşəmişdir. Belə çıxır ki, Şəhullahi və Şeyxullahi paniranistləri türklərlə düşmənçiliklərində “bir bezin qırağıdılar”.. Bu, yüz ildir ki, ölkənin türk əhalisinin əksəriyyətinin panfarsizmin lehinə sistemli şəkildə assimilyasiyasına baxmayaraq, indiki İranın hərbi, iqtisadi, idman və incəsənət dayağı hələ də fərqli ləhcələrlə türk milləti tərəfindən formalaşır.
Fındıq beyin Paniranizm öz fikrinə inanıb israr edirsə, bu halda İranı ərsəyə gətirən sülalələrdən, yəni Qəznəlilər, Samanilər, Şirvanşahlar, Bayındırlar, Ağ Quyunlular, Qara Quyunlular, Atabəylər (Eldənizlər), Səfəvilər, Avşarlar, Qacarlar, məşrutə qəhrəmanları Səttar Xan, Baqirxan, Heydər xan Əmoğlu,  Mehdi Bəkiri və onlar kimi başqa Türk qəhrəmanlarına öz ikrahlarını bəyan edib onları da İran düşmənləri  adlandırmalıdırlar.
Maraqlıdır, İndi İran adlı Türk gəmisində oturub gəmidə deşik açırlar! Bu isə İran adlanan Türk torpağın ilkin sahiblərinə qarşı ən eybəcər təhqir ifadəsidir.
Batini çirkin adı isə gözəl anlamında “Cəmilə” başqa yerdə demişdir: “Mənim dərs dediyim universitetdə (Şəhid Beheşti Universiteti) ağacların yaşı Amerikanın yaşından çoxdur. Ona görə də iranlılar Amerikanın səylərinə gülürlər!
Qeyd: Şəhid Beheşti Universitetinin tarixi: 64 il
Amerikanın müstəqillik tarixi: təxminən 250 il
Daha da önəmlisi, panfarsizmin bu cür söhbəti həyəcan təbili çalır ki, lazımi şərait və altyapı hazırlanarsa, Azərbaycan Demokrat Firqəsinin fədailərini 1946-cı ilin dekabr ayında Pəhləvi ordusu tərəfindən qətlə yetirilməsi, bu dəfə İran İslam Respublikası Keşikçilər Korpusu, türk xalqına əsil türk yurdu İran adlanan coğrafiyada təkrarlanacaq. Biz yaxşı bilirik ki, türklərə qarşı bu düşmənçilik bəyanatlar Londonun beyin mərkəzindən, əba- əmmamə altlnda mollaları yaradıb, millətimizə sırıyan otaqdan qaynaqlanır.
Qeyd edək ki, panfarsizm türkləri özünə bir nömrəli düşmən adlandırdıqda dərhal hədəf düşməni məhv etməyə çalışacaq və Azərbaycan Respublikası lə Türkiyə türkləri də bu qaydadan istisna deyil. Odur ki, Güney Azərbaycan milli hərəkatının fəalları və təşkilatları türk düşmənlərinin bəd niyyətlərinin həyata keçirilməməsi üçün lazımi şərait hazırlanmadan qardaş ölkələrlə ciddi danışıqlara getmələri zəruridir və bu iblisin başını əzmək lazımdır.

17 iyun 2023

Related Articles

Bir cavab yazın

Back to top button