İran

“İranın SEPAh-la bağlı israrı nüvə danışıqlarını dalana dirəyib”-Amerika rəsmisi

"İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) adının terrorçu qruplar siyahısından çıxarılması ilə bağlı israrı üzündən nüvə danışıqları dalan dirənib". Bunu Amerikanın yüksək rütbəli diplomatına istinadən “Royters” xəbər agentliyi yazıb.

Agentlik adının çəkilməsini istəməyən amerikalı diplomatın danışıqların bərpasına və nəticə verəcəyinə ümidlərin azaldığını qeyd edib.

Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb.

Bu, Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button