İran

İranın silah ticarətinin qarşısı alınmalıdır

Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Keli Kraft, Əmniyət Şurasında çıxışı zamanı “İrana qarşı silah təhriminin ləğv edilməməsinin vacibliyi”ni vurğulayıb. Xanım Kraft xordadın 31-də Fələstin ərazilərində və Qəzzədəki vəziyyətə də işarə edib. “Təhrimlərin başa çatması İran hökumətinin bölgənin müxtəlif ölkələrində “daha çox bədbəxtliyə və qan tökməsinə” səbəb olacaq” deyə o, vurğulayıb. Qeyd edək ki, son bir neçə ayda Donald Tramp dövlətinin məqamları dəfələrlə İranla silah-sursat ticarətinə icazə verməyəcəklərini bildiriblər. Habelə, Amerikanın xarici işlər vəziri Mayk Pompeo, İngiltərənin baş vəziri və xarici işlər vəziri ilə görüşdə İrana qarşı təhrimlərin müddətinin uzadılmasını müzakirə edib. Keli Kraft çərşənbə axşamı etdiyi çıxışda İranın Fələstində Həmas və İslami Cihad kimi qruplara müfuzundan da danışıb. Bildirilib ki, bu qruplar Fələstin ərazilərində yaşayan vətəndaşların sülh və rifahına kömək etmir. Bunun əvəzinə İran kimi himayəçilərinin hejemon istəklərini icra etməyi üstün tutur.

Related Articles

Bir cavab yazın

Back to top button