Azərbaycan

“Törədilən beynəlxalq cinayətlərə görə ermənistanın məsuliyyətinin hüquqi əsasları” mövzusunda onlayn elmi seminar keçirilib

Culayın 21-də Bakı Dövlət Danişgahının Hüquq bölməsinin təşkilatçılğı ilə “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın məsuliyyətinin hüquqi əsasları” mövzusunda videogörüntülü elmi çələsə keçirilib.

Əvvəlcə Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət mərzinin Tovuz rayonunda mövqeləri ələ keçirmə cəhdinin qarşısını alarkən şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Danişgahın müdiri Elçin Babayev iştirakçıları salamlayaraq, elmi seminarın əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu nəzərə çatdırıb.
O, qeyd edib ki, ermənilərin Azərbaycan xalqına qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırım siyasəti düny

a ictimaiyyəti tərəfindən hələ də cavabsız qalır. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Beynəlxalq Millətlər Təşkilatı Əmniyyət Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 nömrəli) qəbul edilsə də, hələ də həmin qətnamələr yerinə yetirilməyib.
Elçin Babayev Azərbaycan Respublikasının Ali Baş Fərmandehi cənab İlham Əliyevin şəhidlərimizin qısasının alındığı fikrini iştirakçıların nəzərinə çatdırıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq sülhə və əmniyyətə ciddi təhdid olduğunu vurğulayıb.
Danişgahın Hüquq bölümünün müdiri, professor, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əmir Əliyev “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın məsuliyyətinin hüquqi əsasları” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, müasir dövlətlərarası münasibətlər sülh və əmniyyətin təmin olunması, qarşıdurmaların və silahlı münaqişələrin aradan qaldırılması, ərazi toxunulmazlığına qarşı mübarizə müasir beynəlxalq hüququn əsas hissəsindən hesab olunur. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan eyni zamanda işğalçı və təcavüzkar mövqeyini davam etdirir. Azərbaycan və Ermənistan dövlət mərzindəki son gərginlik onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb.
Hüquq bölümünün müdiri Əmir Əliyevin rəhbərliyi ilə keçən konfransda çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Türkiyənin Qazi Danişgahının professoru İlyas Doğan, İstanbul Danişgahının professoru Fethi Gedikli, Ankara Danişgahının dosenti Cavid Abdullazadə, Ukraynada Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov, Kazan Federal Danişgahının dosenti Üzeyir Məmmədov, İsveçin Stokholm şəhərindən Beynəlxalq insan hüquqları üzrə tanınmış mütəxəssis Saleh Kamrani, Hüquq bölməsinin professor-müəllim heyətindən –Məhəbbət Dəmirçiyeva, Kamil Səlimov, Əfsər Sadiqov, Şəhla Səmədova, Ramiz Sevdimalıyev, Rahim Məmmədov, Firuzə Abbasova, Turqay Hüseynov, Bəxşeyiş Əsgərov, Aydın Səfixanlı məruzə ilə bağlı fikirlərini səsləndiriblər.
Çıxışlarda Ermənistan dövlətinin düşmənçilik və təcavüzkar mövqeyi, ATƏT-in Minsk qrupunun fəaliyyəti, Erməni vandalizminin tarixi kökləri, beynəlxalq münasibətlər, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi, beynəlxalq məsuliyyət, müasir beynəlxalq hüququn əsas cəhətləri, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi mövqeyi, müharibə zamanı mülki şəxslərin difasına dair Jenevr Konvensiyası, beynəlxalq hüququn subyektləri, sülh və insanlıq əleyhinə olan cinayətlər kimi məsələlərə aydınlıq gətirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi çələsəni 150-dən çox izləyici dinləyib.
Onlayn çələsə çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button