İran

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

Məmurlar evdə qanunsuz axtarış aparıblar.

Avqustun 13-də İran təhlükəsizlik məmurları Qəzvində azərbaycanlı ailənin evinə basqın edib və məhkəmə hökmü olmadan evdə qanunsuz axtarış aparıblar.

Gülriz Nurani və Mehrzad Zəhrayi adlı azərbaycanlı cütlüyün evinə bsqın və axtarış səbəbləri barədə açıqlama verilməyib.

Ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, axtarış zamanı Gülriz və Mehrzada məxsus telefon, noutbuk, kitablar, şəxsi əşyalar, o cümlədən nişan üzükləri müsadirə edilərək götürülüb.

Bundan bir neçə gün öncə İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Qəzvin şəhərində daha iki azərbaycanlı bəhainin evinə basqın edərək onları həbs edib.

Həbs edilən Umud Keşavərz və Pərisa Əqdəsinin mobil telefonu, kompüteri və başqa şəxsi əşyalar müsadirə edilib.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Related Articles

Bir cavab yazın

Back to top button