İran

İranın Tətbiqi Elmlər Universitetinin prorektoru: Ölkədə universitet məzunlarının işsizlik statistikası 42%-dir

Tətbiqi Elmlər Universitetinin prorektoru Əsğər Keştkar İranda universitet məzunları olan işsizlərin statistikası ilə bağlı danışıb.

Tətbiqi Elmlər Universitetinin prorektoru Əsğər Keştkar İranda universitet məzunları olan işsizlərin statistikası ilə bağlı danışıb.

“Aznews tv”ın xəbərinə görə, o, məsələ ilə bağlı deyib: “Ölkədə orta təhsilli işsizlərin statistikası 31%, savadsızların statistikası 3%, ali təhsillilərin statistikası 42%, attestat təhsili olanların işsizlik statistikası isə 24% təşkil edir.

Kəştkar, habelə bildirib: “Bu onu göstərir ki, imtahanlarda iştirak edənlərin 52%-i ixtisas seçimi etmirlər. Yəni təhsil almamağa üstünlük verirlər. Əslində ölkədə ali təhsil sistemi gənclərin inamını qazana bilməyib”.

“Hər kəs uğur əldə etmək üçün ali təhsil diplomunu qazanmalıdır. Bütün işlərin əsası ali təhsildən keçir. Ona görə də iş yerləri ilə təmin olunan yeni sahələr yaradılmalıdır”, – deyə sonda Keştkar əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button