İran

İranın xarici siyasət qatarı hələ də çaşqın və məqsədsizdir: Cavabsız qalan bir çox suallar

Beynəlxalq məsələlər üzrə iranlı ekspert Məcid Fərruxi “İran diplomatiyası” saytında yazır: “Son illərdə siyasi və xarici əlaqələrə yanaşmanın dəyişdirilməsinin zəruriliyi haqqında çox danışılır: Amma görünən odur ki, bu danışıqlar sadəcə olaraq rəqib qrupları aşağılamaq üçün istifadə olunan siyasi fraksiya qarşıdurmalarıdır.

Regionda və dünyada bir çox hadisələrin cərəyan etdiyi bir vaxtda belə görünür ki, İranın xarici siyasəti hələ də sərgərdan və çaşqınlıq içində öz fəaliyyətinə davam edir və nəinki xarici əlaqələr sahəsində uzunmüddətli plan müşahidə edilmir, sanki qısamüddətli plan da yoxdur. Ölkənin xarici siyasətinin bəlkə də ən yaxşı bənzətməsi hər dalğanın özü ilə apardığı qəzalı gəmidir.

Bizim Qafqaz bölgəsi ilə bağlı planımız nədir? Biz şərq qonşumuzdan gələn potensial təhlükələrlə üzləşməyə və onları zərərsizləşdirməyə hazırıqmı? İraqla münasibətlərimiz necədir və əvvəlki kimi istidir? Cənub və şimal qonşularımız və onlarla münasibətlərin inkişafı ilə bağlı planlarımız nədən ibarətdir? Bütün qeyd olunan sahələr üzrə xarici əlaqələr sahəsində fəaliyyət göstərən idarələrin, o cümlədən Xarici İşlər Nazirliyi və hərbi, təhlükəsizlik orqanlarının olmasına və yəqin ki, fəaliyyət göstərməsinə baxmayaraq, amma sanki hər yeni hadisədən sonra özləri də şoka düşürlər. Bir çox siyasi ekspertlərin fikrincə, İranın siyasi, iqtisadi, təhlükəsizlik və s. münasibətlərinə birbaşa təsir edən ikinci Qarabağ müharibəsi hər şeyi gözəl təsvir edən bir sıra qeyri-müəyyənliklərdir…”.

Related Articles

Bir cavab yazın

Back to top button