Dünya

Kərkük türkmənlərindən kürdlərə etiraz

İraq parlamentinin bir qrup türkmən nümayəndəsi Kərkük neft quyularının İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı gücləri tərəfindən zəbt edilməsinə etiraz edib.

Türkmənlər bunun konstitusiya və federal məhkəmənin qərarına zidd olduğunu deyiblər.

Millət vəkillərinin bəyanatında İraqın müdafiə naziri Mustafa Əl Kazimidən məsələyə müdaxilə edilməsi və daha təhlükəli durumun yaranmasının qarşısının alınması üçün tədbirlər görməsi istənilib.

Qeyd edək ki, İraqın Neft Nazirliyinə bağlı Şimal Neft Şirkəti Kürd İqlim Təşkilatının silahlı qüvvələrinin Kərkükün şimal-qərbindəki “Bay Həsən neft yatağında bir neçə quyunu ələ keçirdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button