Azərbaycanİran

İranın Xuzistan əyalətindən olan tanınmış dissident xalqı kütləvi aksiyalara çağırdı

İranın Xuzistan əyalətindən olan tanınmış dissident, yazıçı və insan haqları müdafiəçisi Yusif Əzizi Bənitorəf 16 iyul Urmu gölü aksiyalarına çağırış edib.

Yusif Əzizi Bənitorəf, Güney Azərbaycan şəhərlərində Urmu gölü ilə bağlı 16 iyula çağrılan aksiyalar barədə paylaşım edib.

“25 tir 1401-ci il (16 iyul 2022-ci il) Azərbaycan xalqının Urmiya gölünün qurudulmasına cavabdeh olan şəxslərə, İran hökumətinə qarşı qəzəb günüdür.

İran hökuməti səhlənkarlıq və yanlış idarəçilik üsulu ilə  Azərbaycan xalqına qarşı düşmənçiliklərini göstərmişdir. Məqsədləri Azərbaycan türk xalqını öz ata-baba torpağından qovub köçürməkdir.

Tehran müstəmləkəçiləri ərəb xalqına qarşı da eyni cinayət siyasətindən istifadə ediblər. Mən bu çağırışı dəstəkləyirəm və hər kəsdən aksiyaya qatılmasını istəyirəm”-deyə, Yusif Əzizi Bənitorəf yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button