Azərbaycan

Milli fəallar Savalan dağına yürüş edib

Güney Azərbaycanın bir qrup müəllim və alpinisti məhbus müəllimlərə dəstək məqsədi ilə Savalan dağına yürüş ediblər.

Savalan zirvəsində “müəllimin yeri zindan deyil” plakatı qaldıran aksiyaçılar həbsxanada olan müəllimlərin azadlığa buraxılmasını istəyiblər.

Qeyd edək ki, xüsusilə 2022-ci ildə İranın müxtəlif şəhərlərində keçirilən dinc etiraz aksiyaları zamanı onlarla müəllim saxlanılıb.

Onlar qondarma ittihamlarla uzun illik həbsə məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button