İran

İRANLA HİNDİSTAN ARASINDA TİCARƏTİN HƏCMİ AŞAĞI DÜŞÜB

İranla Hind arasında ticarətin həcmi 2020-ci ilin ilk üç ayında aşağı düşüb
Hindistanın Darayi Vəzirliyinin cümə axşamı açıqladığı aamar göstərir ki, ölkənin İrandan varidatı bu ilin ilk üç ayında yüzdə 94-dən çox azalaraq 80 milyon dolardan aşağı düşüb.
Keçən il, bu rəqəm ilin birinci üç ayında 2 milyard dolardan çox, 2018-ci ilin eyni dövründə isə 3,3 milyard dolardan çox idi.
Hindistanın rəsmi aamarı habelə göstərir ki, 2020-ci ilin birinci üç aqyında İrana sadirat 808 milyon dolara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 38 azalıb.
Beləliklə, aamarlardan öncə İranın Hindistana sadiratı Hindistandan varidatı beş dəfəyədək üstələdiyi halda, ilin birinci üç ayında Hindistanın İrana sadiratı, İslam Cumhuriyətindən varidatından 10 qat artıq olub.
Çindən sonra İranın ikinci ən böyük neft müştərisi olan Hindistan, keçən ilin ikinci yarısından bəri İran neftini almağı dayandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button