İran

İranlı məhkum Ermənistandan ölkələrinə qaytarılıb

İran Daadqustərinin İnsan haqları və beynəlmiləl məsələlər üzrə müavini 11 məhkumun cəzalarının qalan müddətini öz ölkələrində çəkmək üçün Ermənistandan İrana qaytarılması barədə bilgi verib.
Mahmud Abbasinin sözlərinə görə, Ermənistan zindanlarında cəza çəkən 11 iranlı məhkum iki ölkə arasında məhkumların mübadiləsi ilə bağlı həmkarlıq anlaşması çərçivəsində hava mərzi yolu ilə İrana təhvil verilib.
Mahmud Abbasi bildirib ki, bu məhkumların əksəriyyəti uyuşdurucu maddələrin qaçaqçılığında günahlandırılır və cəzalarının qalan müddətini İran zindanlarında çəkməlidirlər.
O, habelə novambrın 4-də bu ilin əvvəlindən bəri müxtəlif ölkələrdən 170-ə yaxın iranlı məhkumun İrana qaytarıldığını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button