İran

Xark neftayırma zavodunda partlayış baş verib

Xark Petroşimisində partlayış nəticəsində güclü yanğın baş verib. Olayda 2 nəfər həyatını itirib. Məsələ ilə bağlı Buşehr Ustandarisinin böhranların idarə olunması işlərinin müdiri Cahangir Dehqani məlumat verib. Onun sözlərinə görə, abanın 29-da baş vermiş olayda xəsarət alan 4 nəfər müalicə üçün təcili Ginavə şəhərinə göndərilib. Ancaq onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Başqa şəxs isə elə hadisə yerindəcə keçinib.
Xark Adasının özəl bəxşdarı Nasir İbrahimi də hadisə ilə ilgili açıqlama verib. O, bildirib ki, Xark Petroşimi Müctəməsində yanğın abanın 29-u saat 17:40-da baş verib. Alov Müctəmənin yanğınla mübarizə məmurları tərəfindən söndürülüb. Nəticədə karxanaya çoxlu miqdarda ziyan dəyib. Nasir İbrahimi qeyd edib ki, müctəmədə çənlər lionel mayesi ilə yuyulur. Olayın baş verdiyi gün həmin mayedən su kanalına axıdıldığı görünüb. Nəticədə cuşkari işlərinin aparılması ilə şiddətli yanğın baş verib.
Qeyd edək ki, Xark Petroşimi Müctəməsində olan partlayış təmir işlərinin 2-ci günüdə qeydə alınıb. Olayla bağlı araşdırma aparılır

Related Articles

Bir cavab yazın

Back to top button