az

İranlı ruhani xalqın mollalara nifrətinin son həddə çatdığını etiraf edib

Ötən gün xəbər verdiyimiz kimi, İranda məhkəmənin hökmü ilə birdəfəlik ruhani libasından məhrum edilən Məhəmməd Mehdi Sədrossadati məsələyə münasibətini bildirib.

“Azad İran” Telegram kanalının xəbərinə görə, o, bu haqda yazıb: “Həmin bir neçə saat ərzində mənə minlərlə təbrik mesajı gəldi. Hətta gözləmədiyim insanlar belə məni təbrik etdi”.

O, daha sonra deyib: “Məsələ burasındadır ki, xalqın böyük bir hissəsi molla geyimini mənəviyyat simvolu olaraq yox, güc rəmzi olaraq görür”.

Başqa bir tərəfdən isə professor Kazım Qazizadə bu barədə bildirib: “Ayətullah Vəhid “Vilayət-i Fəqih” mövzusuna çatanda bu mövzunu bir kənara qoydu ya da Məşhəddə Ayətullah Fəlsəfi, o, da bu mövzunu kənara qoydu. Çünki cəmiyyəti onların baxışlarını qəbul etmədiyini görürdülər”.

Related Articles

Bir cavab yazın

Back to top button