Bölgə

İraqda həftə ərzində ikinci dəfə İranın konsulluq binası yandırılıb

Etirazçılar həftə ərzində ikinci dəfə İraqın Nəcəf şəhərində yerləşən İran konsulluğunun binasını yandırıblar.

Bu barədə RİA İraqın “Shafaq” agentliyinə istinadən xəbər verir.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində konsulluq yaxınlığında 100-dən çox insan xəsarət alıb.

Rəsmi Tehran bununla bağlı Bağdada etirazını bildirib.

Qeyd edək ki, İraqın Xarici İşlər naziri Məhəmməd əl-Hakim həftənin 3-cü günü konsulluğun yandırıldığına görə iranlı həmkarı Cavad Zərifdən üzr istəmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button