BölgəDünya

İraqda İŞİD-in başçılarından biri məhv edilib

İraqda DAEŞ terror qruplaşmasının başçılarından biri Amerikanın başçılıq etdiyi beynəlxalq etilafının hava zərbəsi nəticəsində məhv edilib. Bu barədə “The New York Times” qəzeti bildirib. Nəşrin məlumatına görə, “Əbu Yasir” adı ilə tanınan Cabbar Salman Əli Farhan əl-İssaui Kərkük şəhəri ərazisində zərərsizləşdirilib. Zərbə nəticəsində DAEŞ-in daha doqquz silahlısı öldürülüb. Əməliyyatda İraqın əmniyyət xidmətləri də iştirak edib. Terrorçulara zərbəni havadan Amerika nizamiləri endirib. Etilafın nümayəndəsi Veyn Marotto qeyd edib ki, əl-İssauinin ölümü DAEŞ üçün ciddi zərbədir. Qəzetin məlumatına görə, əl-İssaui İraqda DAEŞ döyüşçülərinin hərəkətlərinə başçılıq edib və ölkədə qruplaşmanın fəaliyyətini yenidən qurmağa çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button