İran

İrqçi şair Firdovsi ilə bağlı Urmuda keçirilən tədbir etiraz doğurdu

Mayın 12-də Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərində fars şovinizminin simvolu kimi tanınan şair Əbülqasım Firdovsi ilə bağlı tədbir keçirilib. Bu barədə urmulu milli və sosial media fəalları məlumat yayıblar.

“Şahnamə və şahnaməşünaslıqda Qərbi Azərbaycanın yeri” adlı tədbir Urmunun “Mətbuat evi”ndə baş tutub.

Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsi ilə farsçı cərəyanların birgə əməkdaşlığı ilə keçirilən tədbir güney azərbaycanlıların etirazları ilə qarşılaşıb.

Güneyli ziyalılar, mədəniyyət xadimləri və milli-mədəni fəallar bununla bağlı sosial mediada paylaşımlar ediblər.

Onlar başqa ölkələrdə islam dini adından siyasi vasitə kimi istifadə edən, özünü islam himayəçisi kimi qələmə verən Tehran hakimiyyətinin ikiüzlü siyasət yeritdiyini yazıblar.

Narazılar azərbaycanlıların və başqa qeyri-fars millətlərinin milli-mədəni varlığına biganə yanaşan İran hökumətinin fars şovinizminin simvolu olan Firdovsinin Azərbaycanda təbliğ olunmasını tənqid ediblər.

Onlar bunu qeyri-farslara qarşı ayrı-seçkiliyin bariz nümunəsi olduğunu bildiriblər.

Qeyd edək ki, son günlər 15 may “Firdovsi günü” ilə bağlı İranda cümə imamlarına da Firdovsinin və “Şahnamə”nin təbliği ilə bağlı göstəriş verilib.

Mayın 12-də İranın bir neçə şəhərində cümə imamları cümə namazlarında Firdovsi və onun “Şahnamə”si barədə çıxışlar ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button