Dünya

Prezidentlər Rusiyaya qarşı yeni sanksiyalara çağırıblar

Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Rusiyaya əleyhinə beynıəlxalq təzyiqləri gücləndirib. İşğalçı ölkəyə qarşı sanksiyaların gücləndirilməsi tələbləri artıb.

Fransa prezidenti Emmanuel Makron və Ukraynanın dövlət başçısı Vladimir Zelenski Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa çağırıb.

APA-nın xəbərinə görə, dövlət başçıları tətbiq edilən məhdudiyyətlərin həyata keçirilməsinə nəzarətin gücləndirilməsini tələb ediblər..

Bu barədə Parisdə Yelisey Sarayında keçirilən görüşün yekunlarına dair yaydıqları birgə bəyanatda deyilir.

“Ukrayna və Fransa yeni sanksiyalar vasitəsilə Rusiyaya kollektiv təzyiqin artırılmasının zəruriliyi ilə razılaşırlar”, – kommünikedə deyilir.

Bundan əlavə, onlar sanksiyaların effektiv icrasını təmin etmək, habelə üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağın qarşısını almaq və dayandırmaq üçün səylərin gücləndirilməsini zəruri hesab ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button