İran

İsfahanda səngimək bilməyən əkinçi etirazlarında 120-dən çox insan tutuldu

İctimai şəbəkələrdə yayılan xəbərlərə görə, isfahanlı əkinçilərin etirazları azər ayının 5-i gecə də davam edib və əhali ilə İranın özəl qüvvələr və əmniyət gücləri arasında ciddi toqquşma və qarşıdurma yaşanıb.

İran İnsan Haqları Təşkilatının bildirdiyinə görə, dünənki gərginliklərdə 120-dən çox insan artıq tutulub.

Habelə sözügedən qurum bildirib ki, etirazçılardan 3 nəfər zindanın sağlıq mərkəzinə və sərdxanasına aparılıblar və həmin şəxslərin öldürüldüyü ehtimal olunur.

Yayılan videolarda etirazçı əhalinin “diktatora ölüm” şüarları səsləndirdiyi və Əli Xameneinin təsvirini yandırdıqları görünür.

İlkin olaraq etirazçılarla İran əmniyət gücləri arasında Zayəndərud çayının qurumuş yatağında başlanan qarşıdurma, daha sonra şəhərin küçələrinə də yayılmağa başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button