Dünya

İsrail Amerika təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərinə satılmasına razıdır

İsrailin Baş vəziri Benyamin Netanyahu və Difa vəziri Beni Qantzın dəftərləri birgə açıqlama yayaraq, Amerikaya aid F-35 döyüş uçaqlarının İmarata satılmasına qarşı olmadıqlarını açıqlayıblar.
Bu barədə təsmim Qantzın amerikalı həmkarı Mark Speer ilə Vaşinqtonda İsrailin bölgədəki nizami üstünlüyünə zəmanət verməyə razılığından sonra tutulub.
Açıqlamaya əsasən, Amerika və İsrailin difa vəzirləri arasında əldə olunan razılaşma Amerika tərəfindən İsrailin silah sistemlərini və nizami imkanlarını uzunmüddətli yeniləməyə imkan verəcək. Bununla yanaşı İsrailin bölgədəki əmniyəti və nizami üstünlüyünün möhkəmlənəcəyi gözlənilir.
Bildirək ki, bundan öncə Əbu-Zəbi Amerikadan F-35 qırıcı uçaqlarının alınmasını istəyib. Ancaq Amerika İsrailin buna qarşı çıxması üzündən İmaratın istəyini qəbul etməyib.

Related Articles

Bir cavab yazın

Back to top button