Dünya

İsrail Hələb hava limanına hava zərbələri endirdi

Martın 22-i səhər saatlarında İsrail qırıcıları Suriyanın Hələb şəhərinin beynəlxalq hava limanına hava zərbələri endiriblər.

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, Hələb və Lazeqiyyə şəhərlərində ard-arda güclü partlayış səsləri eşidilib.

Suriya hökumətinin rəsmi xəbər agentliyi “SANA” məlumatı təsdiqləyib.

Hücum nəticəsində ölənlər və xəsarətlər barədə açıqlama verilməyib.

Qeyri-rəsmi mənbələr hücumun İran İnqilab keşikçiləri Korpusunun Suriyaya silah tədarükünün qarşısını almaq üçün həyata keçirildiyini bildiriblər.

İran mediası İsrailin hücumu barədə məlumat yayıb və hücumdan məqsədin Hələb beynəlxalq hava limanının fəaliyyyətini iflic etmək olduğunu yazıb.

Hava limanının fəaliyyətinin tamamilə dayandırıldığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button