az

İsrail “Hizbullah”a pul daşıyan maşın karvanına hava zərbələri endirib

İsrailin nizami uçaqları novambrın 25-də İrandan Lubnanın “Hizbullah” qrupuna pul daşıyan maşın karvanını Suriyada bombalayıb. Bu barədə “Əl-Ərəbiyyə” və “əl-Həds” telekanalları xəbər verib. Məlumata görə, həmin pullar İranın müsafir uçağı vasitəsilə Dəməşq hava limanına daşınıb. Daha sonra Lubnana göndərilməsi üçün bir neçə maşına yüklənib. Suriya İnsan Haqları Rəsədxanası hava zərbələrində İrana bağlı 8 yaraqlının öldürüldüyünü bildirib. Rəsədxananın müdiri Rami Əbdürrəhman ölənlərin Suriya vətəndaşı olmadığını qeyd edib. Həmin şəxslərin hansı ölkədən olduqları hələlik bəlli deyil. Həmin yaraqlılar, İsrail qırıcılarının Dəməşqin güney ətrafındakı Cəbəl Mane bölgəsində yerləşən “Hizbullah” qüvvələrinə aid mühümmat anbarını hədəf alması zamanı öldürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button