Dünya

Amerika prezidenti Co Bayden İrana qarşı “milli fövqəladə vəziyyət”i daha bir il uzadıb

Bayden, noyabrın 8-də Nümayəndələr Palatası və Amerika Senatının rəhbərlərinə yazdığı məktubda Birləşmiş Ştatlar və İran arasında münasibətlərin hələ də normallaşmadığını və Tehranla razılaşmaların həyata keçirilməsi prosesini vurğulayıb.

O, 19 yanvar 1981-ci il Tehranla bağlanmış müqavilələrin icrası prosesinin getdiyini və buna görə də həmin fövqəladə vəziyyətlə mübarizə üçün qeyd olunan tarixdə görülən tədbirlər 14 noyabr 2022-ci il tarixindən sonra da davam etməli olduğunu vurğulayıb.

Ağ Evin bəyanatında ilk dəfə 14 noyabr 1979-cu ildə verilən 12170 saylı İcra Sərəncamına istinad edilib.

Bu fərman Cimmi Karterin prezidentliyi dövründə və Amerikanın Tehrandakı səfirliyinin işğalından və əməkdaşlarının “İmam xəttinin davamçıları” kimi tanınan tələbələr tərəfindən girov götürülməsindən 10 gün sonra verilib.

Related Articles

Bir cavab yazın

Back to top button