Dünya

İsrail İrana bağlı yaraqlılara hava zərbələri endirib

İsrail dey ayının 24-də Suriyanın şərqinə, habelə İraq mərzində yerləşən Deyrzor və Əbukamal bölgəsinə hava zərbələri endirib. Hücum zamanı İrana bağlı azı 16 yaraqlı öldürülüb. Bu barədə SANA xəbər ajansı bildirib.

Suriya İnsan Haqları Rəsədxanasının məlumatına görə, öldürülənlərdən 5-i suriyalı əsgər, 11-i isə “Hizbullah” və “Fatimiyyun” ləşkərinin üzvü olub.

Rəsədxanadan bildirilib ki, İsrail Deyrzor və Əbukamal bölgəsinə 18 hava hücumu gerçəkləşdirib. Bildirək ki, Suriya savaşının başlamasından sonra İsrail özəlliklə bu ölkənin mərz bölgələrinə hücumları artırıb. Ötən günlərdə İsrail dəfələrlə İraq mərzindəki İran yaraqlılarını hədəfə alıb.

Related Articles

Bir cavab yazın

Back to top button