Dünya

İsrail mediası İranın nüvə silahına yiyələnmə ərəfəsində olduğunu yazıb

İsrailin “Tayms” qəzeti Vyanada aparılan nüvə danışıqları barədə məqalə dərc edib.

Yazıda qeyd olunur ki, İsrail dövləti danışıqların əleyhinə olsa da, özünü hər hansı razılaşma əldə ediləcəyi durumda sonrakı mərhələyə hazırlayır.

Qəzetin yazdığına görə, İsrailin 13 telekanalı adlarını açıqlamadığı İsrail təhlükəsizlik rəsmilərinə istinadən bildirib ki, İsrail İranla ilkin razılaşmanın pis olduğuna əmin olsa da, ona yenidən qayıtmağın daha pis olduğuna inanır və bunun İranın nüvə texnologiyasında əlavə uğurlar əldə etrməsinə səbəb olacağını düşünür.

“Məlumata görə, İsrail rəsmiləri hesabat layihəsinə istinad edərək bildiriblər ki, İran yeni razılaşmaya əsasən qabaqcıl sentrifuqaları sökməyə məcbur olmayacaq”-deyə, məlumatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button