Azərbaycan

Traxtur”u bilərəkdən sıradan çıxarmaq istəyirlər”- Klubun sabiq kapitanı

“Traxtur-Azərbaycan” futbol klubunun kapitanı Murtəza Əsədi Təbriz komandasına qarşı qərəzli davranışlardan şikayətlənib.

Murtəza Əsədi bildirib ki, türk klubunda bilərəkdən böhran yaradılır. Onun sözlərinə görə, məqsəd klubu sıradan çıxarmaqdır.

Fevralın 18-də Təbrizin “Bonyan Dizel” stadionunda Tehranın “İstiqlal” klubu qarşılaşan “Traxtur” 1-0 hesabı ilə məğlub olub. Klub İran Premyer Liqasını tərk etmək təhlükəsi ilə üzləşib.

Bundan sonra mediaya açıqlama verən keçmiş kapitan klub rəhbərliyinin Azərbaycan komandasını bilərəkdən aşağı səviyyədə saxlamaq istədiklərini bildirib.

“Traxtur” bir neçə oyundur sankı məğlub olmaq üçün oynayır. Bu, klubu üçün artıq təkrarlanan bir prosesə çevrilib. Son oyunda oyunçuların qalib gəlmək istəklərinin olmadığı sezilirdi”-deyə, Murtəza Əsədi bildirib.

Qeyd edək ki, uzun illərdir böhranla üz-üzə olan klubun İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin  nəzrətinə keçməsi ilə bağlı məlumatların yayılmasından sonra  “Traxtur” daha da geriləyib.

Güney Azərbaycanda futbol komandasından daha çox azərbaycanlıların kimlik simvoluna çevrilən “Traxtur”da yaşanan maliyyə böhranlarının həlli ilə bağlı dəfələrlə vədlər verilib.

Lakin bu istiqamətdə heç bir əməli addım atılmayıb.

 

مرتضی اسدی سرمربی عقاب تهران شد

Related Articles

Bir cavab yazın

Back to top button